SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycana girmək istəyən Mustafa İslamoğlundan Türkiyəyə çirkin iftira

Azərbaycana girmək istəyən Mustafa İslamoğlundan Türkiyəyə çirkin iftira

Tarix:

19-01-2017, 09:57

/ 2 015 dəfə oxundu.
Azərbaycana girmək istəyən Mustafa İslamoğlundan Türkiyəyə çirkin iftira

Türkiyədə İran maraqlarının ifadəçisinə çevrilmiş “uşaqbaz ilahiyyatçı” Mustafa İslamoğlu indi də ölkənin terrorçu İraq-Şam İslam Dövlətini (İŞİD) dəstəklədiyi barədə sərsəm fikirlər səsləndirib.

Türkiyə mediasına istinadən xəbər veririk ki, Mustafa İslamoğlu rəhbəri olduğu Akabe Vəqfindəki çıxışında Türkiyədəki “İmam Xətib” məktəblərinin və İlahiyyat fakültələrinin “İŞİD döyüşçüsü yetişdirdiyini” iddia edib:

““İmam Xətib” məktəblərində və ilahiyyat fakültələrində dərs proqramı dəyişmədikcə, bu məmləkətdə gələcəyin İŞİD-çiləri yetişəcək”.

Daha sonra bu fikirlərini özünün “Twitter” hesabından da paylaşan iranpərəst “ilahiyyatçı” təsəvvür etmədiyi reaksiya ilə qarşılaşıb. Minlərlə “Twitter” istifadəçisindən etirazdolu şərhlər alan M. İslamoğlu həmin paylaşmanı silmək məcburiyyətində qalıb. Bununla belə, cəmiyyətdə kəskin narazılıq doğurmuş o fikirlər diqqətdən kənar qalmadı və həm mediada, həm də sosial şəbəkələrdə bu məsələyə sərt münasibət bildirildi.

Türkiyənin tanınmış yazarlarından Erem Şentürk sözügedən “ilahiyyatçı”nın bu fikirlərini yenə də fitnə yaratmaq üçün məqsədli şəkildə dilə gətirdiyini bildirib:

“Mustafa İslamoğlunun davamlı olaraq, fitnə və gərginlik yaradan açıqlamalarının təsadüfi olmadığını düşünürəm. Onun bu kimi hərəkətləri konkret strategiyaya əsaslanır. Həmişə olduğu kimi yenə çıxacaq və səsini incəldə-incəldə “Yanlış anlaşıldım, üzr istəyirəm”, – deyəcək. Ancaq bu hərəkətləri müntəzəm təkrarlanır, hər dəfə də bir fəsad doğurur. Mustafa İslamoğlunun tez-tez dilə gətirdiyi “İŞİD-çi yetişdirirlər” ifadəsi, əslində, İrandan qaynaqlanan “Türkiyə İŞİD-i dəstəkləyir” təbliğatının tərkib hissəsidir. Bu, Türkiyəyə qarşı bir hücumdur. Dövlət qurumu olan Diyanət İşləri Başqanlığının ünvanına “İŞİD-çi yetişdirən şəxslərə dəstək verirlər” ittihamı səsləndirmək strateji planda “qara təbliğatdır”.

“Yeni Şafak” qəzetinin yazarı İsmail Kılıçarslan özünün “Mustafa İslamoğlu, ah” yazısında İranpərəst “ilahiyyatçı”nın qeyd olunan fikirlərini soyuq məntiqlə alt-üst edib. M.İslamoğlunun “İmam Xətib və digər ilahiyyat məktəblərinin dərs proqramı dəyişmədikcə, bu məmləkətdə gələcəyin İŞİD-çiləri yetişəcəkdir” fikrini cavabsız buraxmağın mümkün olmadığını vurğulayan müəllif diqqəti bu iddianın səsləndirilməsi üçün seçilmiş vaxta yönəldib:

“Cümlənin işlədildiyi zamana baxdıqda, iki ehtimaldan danışmaq mümkün olur: birincisi, Mustafa İslamoğlunun “siyasət elmi”ndən heç nə anlamadığı, ikincisi isə həddindən çox anladığı. Sadəcə, İslamoğlunun deyil, Türkiyədəki bəzi “hoca”ların problemi bundadır. Sanki gizli bir gündəlikləri var və bütün danışıqları da oradakı qeydlərə əsaslanır. İslamoğlunun bu fikirləri məndə onun belə bir gizli gündəliyin olduğu qənaətini yaratdı: Suriyanı İrana “vermək”, Fətullah Gülənlə bağlı söylədikləri və bu son açıqlaması. Bilirsiniz, əgər İslamoğlunun gizli gündəliyi yoxdursa, vəziyyət daha da təhlükəlidir. Fikrimi çatdıra bildim?”

“Star” qəzetinin yazarı Yakup Köse də Mustafa İslamoğlunun bəhs olunan fikirlərinə xüsusi yazı həsr etməyi lazım bilib:

“Bir neçə gün əvvəl yazar Mustafa İslamoğlu Akabe Vəqfindəki çıxışında “İmam Xətib və digər ilahiyyat məktəblərinin dərs proqramı dəyişmədikcə, bu məmləkətdə gələcəyin İŞİD-çiləri yetişəcəkdir” fikrini səsləndirib və dediklərini özünün “Twitter” hesabından paylaşıb. Lakin üzləşdiyi haqlı narazılıqlara görə o paylaşımını silməli oldu. Təbii ki, mesajı silməklə, qəlbdəki mərəz silinməz. İslamoğlunun ilahiyyat məktəblərində dərs proqramı ilə bağlı probleminin olduğunu düşünmürəm. Çünki o da bilir ki, nə İmam Xətib məktəblərində, nə də ilahiyyat fakültələrində İŞİD döyüşçüləri yetişmir. İŞİD döyüşçüləri başda İran olmaqla, ABŞ, Rusiya və İsrail kimi işğalçı dövlətlərin himayəsi ilə ərsəyə gəlir. FETÖ-nun Amerika tərzində qaba həmlələri fonunda Mustafa İslamoğlunun İranpərəst alçaq hücumlarına təəccüblənmirəm”.

“Star” qəzetinin başqa bir yazarı Sibel Eraslan da bu mövzuya toxunaraq, M. İslamoğlunun müzakirə olunan o fikirlərinin haradan qaynaqlandığını soruşur:

“İmam Xətib məktəbini və ya ilahiyyat fakültəsini bitirməmişəm. Ancaq bütün dünyanı qana bulayan bir terror şəbəkəsi ilə İmam Xətib məktəbinin, ilahiyyat fakültəsinin adının eyni cümlədə işlədilməsi beynimi sızladır. Mustafa İslamoğlu kimi tanımış bir adamın belə iddiaya düşməsini, İmam Xətib məktəbi və İlahiyyat fakültəsini İŞİD-lə necə əlaqələndirə bildiyini başa düşmürəm”.

Türkiyənin daha bir tanınmış yazarı Ömer Turan isə məsələyə özünün “Twitter hesabından münasibət bildirib:

“Mustafa İslamoğlu Diyanət İşləri Başqanlığının İŞİD-çi yetişdirdiyini açıq şəkildə deyir. Kimlərsə ondan “Sən də Akabe Vəqfində İrançı yetişdirirsən?”, – deyə soruşsun”.

Xatırladaq ki, Türkiyədə mənfi reputasiyaya malik olan, hər addımında İranın maraqlarından çıxış edən M.İslamoğlu İranın fars-molla rejiminin təlimatı əsasında artıq Azərbaycanda da özünə bağlı şəbəkənin yaradılması planının icrasına baş vurub. Bu məqsədlə Azərbaycana səfər edən “ilahiyyatçı” ölkədə öz həmfikirlərindən ibarət müəyyən kontingent formalaşdırdıqdan sonra ideoloji planda ilk “zərbə”sini endirmək hazırlığındadır. Yeniçağ.Az bir neçə həftə əvvəl M.İslamoğlunun “İslam nədir?” kitabının Azərbaycanda nəşrə hazırlandığı barədə ciddi səs-küyə və bu müəllifin ölkədəki təbliğatçılarının narahatlığına səbəb olmuş ifşaedici material dərc edib. Həmin materialda M.İslamoğlunun göstərilən kitabının Azərbaycanda nəşr olunması planına dövlət qurumlarının da cəlb edildiyi bildirilib. Qeyd olunub ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəşrinə etiraz etmədiyi “İslam nədir” kitabı Mədəniyyət və Turizm Nazirliyinin (MTN) maddi dəstəyi sayəsində işıq üzü görəcək.

İnanırıq ki, ölkənin adları çəkilən rəsmi qurumları həm də Azərbaycan-Türkiyə münasibətlərini zədələməyi qarşısına məqsəd qoyan M.İslamoğlu kimi zərərli düşüncə sahibinin kitabının nəşrinə vəsilə olmayacaqlar.

Şərhlər

XƏBƏR LENTİ