SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Putindən MDB ölkələrinə terror xəbərdarlığı

Putindən MDB ölkələrinə terror xəbərdarlığı

Tarix:

5-04-2017, 15:56

/ 111 241 dəfə oxundu.
Putindən MDB ölkələrinə terror xəbərdarlığı

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərləri ilə görüşüb
Görüş zamanı Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir:
"Məhz dəqiq, razılaşdırılmış qarşılıqlı fəaliyyət, operativ və analitik məlumatlar mübadiləsi Birlik məkanında mövcud təhdidlərlə mübarizə aparmağa imkan verər".
O qeyd edib ki, terrorla mübarizə davam etdirilməldiir: "Sankt-Peterburq metrosunda partlayış təsdiq edir ki, terror baxımından vəziyyət yaxşılaşmır, bütün MDB ölkələri terror aktlarının potensial obyektləridir".
Putin, həmçinin əmin olduğunu bildirib ki, toplantı iştirakçıları vacib məsələləri ətraflı müzakirə edəcək və ən perspektivli əməkdaşlıq istiqamətlərini müzakirə edəcəklər.
Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev də iştirak edir.

Şərhlər

XƏBƏR LENTİ