yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Beynəlxalq təşkilatlar Ermənistandakı seçkilərdən ciddi NARAZIDIR

Beynəlxalq təşkilatlar Ermənistandakı seçkilərdən ciddi NARAZIDIR
4-04-2017, 13:34 38 356 dəfə baxılıb
yüklənir...

Ermənistanda 2 apreldə keçirilən parlament seçkiləri çoxsaylı qanun pozuntuları ilə yadda qaldı.

Belə ki, ATƏT-in müşahidə missiyası seçkilərdə dərhal sonra seçici səslərinin pulla alınması və inzibati müdaxilələrə görə, Yerevanı tənqid etmişdi. Barmaq izlərinin götürülməsi ilə həyata keçirilən səsvermə zamanı bəzi məntəqələrdə bu sistemin işləməməsi və kameraların nasaz vəziyyətdə olması da hesabatda qeyd olunub.

Avropa Birliyinin mətbuat xidmətinin rəhbəri Mayya Koçiyançiç parlament seçkilərində ciddi qanun pozuntularının aşkar olunduğunu demişdi.

“Səslərin satın alınması və dövlət işçilərinə səsvermə ilə bağlı təzyiqlərin göstərilməsi faktları parlament seçkilərinin şəffaflığına kölgə salan hadisələr olmuşdu”.
Avropa parlamentinin müşahidə missiyasının rəhbəri Xaydi Hautala da seçkilərdə inzibati resursların hakim partiyaya işlədiyini sətiraltı göstərmişdi.

Obyektivliyi ciddi şübhə altında olan MDB müşahidə missiyasını istisna etmək şərti ilə digər bütün təşkilatlar 2 aprel sçekilərində ciddi qanunu pozuntuları və nöqsanlar aşkar etmişdi. Maraqlıdır ki, bütün tənqidlərə baxmayaraq, Avropa strukturları Ermənistandakı seçkiləri tanıyaraq, yeni formalaşacaaq parlamentlə əməkdaşlıqğa hazır olduqlarını bildirmişdi.

Xatırladaq ki, Ermənistandakı parlament seçkilərində hakim Respublika partiyası səslərin 49%-ni toplamışdı. Onun əsas təqibçisi olan Tsarukyan blkou ilə seçiciilərin 27%-nin dəstəyini qazana bilmişdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: parlament, müşahidə, Avropa, ciddi, rəhbəri, inzibati, bütün, etmişdi, aşkar, seçkilərində, hakim, səsvermə, Ermənistandakı, alınması, seçkiləri, qanun, pozuntuları, seçkilərdə, keçirilən, təşkilatlar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ