SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fərat Qalxanı Əməliyyatı bitdi

Fərat Qalxanı Əməliyyatı bitdi

Tarix:

30-03-2017, 09:32

/ 5 159 dəfə oxundu.
Fərat Qalxanı Əməliyyatı bitdi

Türkiyə Fərat Qalxanı Əməliyyatını bitirib.

xalqxeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə baş nazir Binali Yıldırım açıqlamasında bildirib.

Nazir əməliyyatların uğurlu keçdiyini, Əl-Babın azad olunduğunu, oraya Azad Suriya Ordusu və Türkiyədəki suriyalıların qayıtdığı vurğulayıb.

O, Fərat Qalxanı Əməliyyatının bitdiyini və bundan sonra ehtiyac olacağı halda aparılacaq əməliyyatın başqa cür adlandırılacağını qeyd edib.

Xatırladaq ki, əməliyyatlarda indiyə kimi 62 türk əsgəri şəhid olub.

Qeyd edək ki, Fərat Qalxanı Əməliyyatı 2016-cı ilin avqustun 24-də başlamışdı.

Şərhlər

XƏBƏR LENTİ