SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Rokfelleri Ərdoğan öldürdü" - Türkiyə mediasından MÜDHİŞ İDDİA

"Rokfelleri Ərdoğan öldürdü" - Türkiyə mediasından MÜDHİŞ İDDİA

Tarix:

29-03-2017, 16:00

/ 7 572 dəfə oxundu.
"Rokfelleri Ərdoğan öldürdü" - Türkiyə mediasından MÜDHİŞ İDDİA

Türkiyədə "Sabah" qəzetinin yazarı Ersin Ramoğlu dünən "Rockefelleri Kasımpaşa Sindromu öldürdü" başlıqlı yazısında Rokfellerin ölüm səbəbini yazıb.

Ramoğlu yazısında bu ifadələri işlədib:

"Dünyanın ən yaşlı zəngini David Rockefelleri ürək çatışmazlığı deyil, Kasımpaşa Sindromu öldürdü.
Rəisin dik duruşuna dayana bilmədi adam.
Yaxın şərq, Türkiyə, Şərqi Aralıq Dənizi və Balkanlardakı bütün səyləri boşa çıxdı çaqqalın.
Heç cür Ərdoğanı yenə bilmədi.
Sonunda öldü. Halbuki Rokfeller düz 6 dəfə ürək, 3 dəfə böyrək və 2 dəfə də ciyər nəqli etdirmişdi. Guya 200 il yaşayacaq, dünyanın içinə edəcəkdi.
Lakin Kasımpaşalı imkan vermədi.
Halbuki Rəisi yox etmək üçün nələr etmədi... Bunlar Atatürkü də məğlub edə bilməmişdilər.
O da hesablarını pozmuşdu bu Xaçlı dəstənin.
Atatürk ilə Ərdoğanın tarixi oxşarlığı təkcə bu deyil.
Hər iki liderin Fateh Sultan Mehmet ilə də oxşar cəhətləri çoxdur.
Üç lider də Səlib mentalitetinin Anadolu və Yaxın Şərq üzərindəki hesablarını pozmağa nail olmuşdur.
Avropa bu üç liderdən də nifrət edir.
Ərdoğana hücum etmələri də buna görədir.
Onu öldürməyə belə cəhd etdilər... Keçmişdə Atatürkü də, Fatihi də öldürmək istəmişdi şərəfsizlər".

Şərhlər

XƏBƏR LENTİ