SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İran prezidentinin paylaşdığı fotoşəkilə 13 mindən çox şərh

İran prezidentinin paylaşdığı fotoşəkilə 13 mindən çox şərh

Tarix:

28-03-2017, 12:35

/ 1 786 dəfə oxundu.
İran prezidentinin paylaşdığı fotoşəkilə 13 mindən çox şərh

İran prezidenti Həsən Ruhaninin xüsusi Instagram hesabından paylaşdığı bu fotoşəkil hay-küyə səbəb olub.

Onun idman paltarında, saçlarının çox hissəsi açıqda olan qızlarla çəkdirdiyi fotoşəkilə sosial mediada minlərlə şərh gəlib. Ruhani bu fotonu Novruz tətilində getdiyi paytaxt Tehrana yaxın dağ gəzintisi zamanı çəkdirib. Fotoşəkil paylaşımına 13 mindən çox şərh yazılıb. Şərhlərin çoxunda İran prezidentinin bu addımı “seçki şousu” adlandırılıb.

Xüsusi mühafizəkar kəsim isə Ruhaninin yanındakı qızların geyimini “İslam Respublikası dəyərlərinə zidd” sayaraq, təpki göstərib.

Keçmiş mühafizəkar millət vəkili Hamid Rasa də Ruhaninin paylaşdığı fotoşəkilin altına yazdığı şərhdə bunu hökumətin “iqtisadi uğursuzluğunu” kölgələmə cəhdi olduğunu bildirib. Digər tərəfdən, Ruhani tərəfdarları prezidentə dəstəklərini açıqlayan şərhlər yazıb.

İran prezidentinin paylaşdığı fotoşəkilə 13 mindən çox şərh

Şərhlər

XƏBƏR LENTİ