SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Bunu sübut elə, prezidentlikdən istefa verəcəm” - Ərdoğandan Kılıçdaroğluna

“Bunu sübut elə, prezidentlikdən istefa verəcəm” - Ərdoğandan Kılıçdaroğluna

Tarix:

27-03-2017, 23:29

/ 1 491 dəfə oxundu.
“Bunu sübut elə, prezidentlikdən istefa verəcəm” - Ərdoğandan Kılıçdaroğluna

“Bəzi özünübilməzlər ölkədə yenə çevriliş etməyə çalışırlar. Amma mən bu şəxslərə 15 iyul gecəsi yazılan qəhrəmanlıq dastanını xatırlatmaq istəyirəm. Orada tankların qarşısında diz çökməyən, helikopterlərdən atılan güllələrdən qorxmayan gənclər var idi. Kılıçdaroğlu, sən harada idin? Atatürk hava limanında qaçırdın. Halbuki biz səninlə hava limanında görüşə bilərdik. Yalandan Bakırköyə getdiyini deyir”.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Abdi İpəkçi İdman Salonunda “4-cü TÜGVA Gənclik Görüşü Proqramı” çərçivəsində çıxış zamanı bildirib.
“Kamal Kılıçdaroğlu “prezidentin Məclisi dağıtmaq kimi səlahiyyəti var” deyir. Yalan danışma. Mənim belə bir səlahiyyətim yoxdur. Dediyini sübut elə, mən prezidentlikdən istefa verəcəyəm. Lakin o da CHP-dən ayrılsın ki, partiya ondan xilas olunsun. Biz vicdanlıyıq, onda isə vicdan yoxdur. Məclis nə edəcək? Təbii ki, öz əsl işini görəcək”, - deyə Ərdoğan söyləyib.

Şərhlər

XƏBƏR LENTİ