SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tramp Azərbaycana niyə 100 milyon ayırdı? – Şok gəlişmə

Tramp Azərbaycana niyə 100 milyon ayırdı? – Şok gəlişmə

Tarix:

18-07-2019, 12:43

/ 1 375 dəfə oxundu.
Tramp Azərbaycana niyə 100 milyon ayırdı? – Şok gəlişmə

Bu yaxınlarda ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Layihəyə səs verənlərin əksəriyyəti demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün onun Senatda təsdiqlənməsi və prezident tərəfindən imzalanması lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Ekspertin fikrincə, erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və ya qərar layihələrini qəbul etdirmək marağı, demokratların da bu cür layihələrə səs vermək həvəsi məlumdur:

“İşin maraqlı tərəfi bu deyil, ABŞ Konqresinin birdən-birə belə layihəni qəbul etməsi mənə çox maraqlı gəldi. ABŞ bizə onsuz da silah satmırdı. Sən demə ortada bizim xeyrimizə olan və erməniləri, o cümlədən Rusiya və İranı narahat edən fakt varmış.

Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran "Security Assistance Monitor" proqramının yaydığı məlumata görə, ABŞ Prezidenti Trump 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Müqayisə üçün, 2016-2017 maliyyə ili üçün ayrılmış pulun məbləği cəmi 3 milyon dollar olub. Bir ilin içində 97 milyon artımın bir izahı olmalıdır.

Ayrılmış 100 milyon dolların təyinatına baxanda çox şey aydın olur. Bu pul Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Oraya tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Bir qədər məbləğ də Xəzərdə təhlükəsizliyə yönəlib”.

Erkin Qədirli ABŞ başçısının bu qərarının arxasında digər məqamların olduğunu bildirib:

“Məsələn, Azərbacanın Ermənistanla sərhəddən Müdafiə Nazirliyinə aid hissələri götürüb yerinə sərhəd qoşunlarına aid hissələrini yerləşdirməyin konteksti aydın oldu. ABŞ-ın cənub sərhədlərimizin gücləndirilməsinə ayırdığı pulun hesabına öz büdcəmizdən başqa sərhədlərimizi gücləndirmək imkanımız yarandı. Üstəlik, Ermənistanla sərhəddən götürülmüş MN hissələri indi birbaşa Qarabağa yönəldilə bilər. Daha sonra, Gürcüstanla sərhəddimizdə Rusiyanın təxribatı indi daha aydın görünür. Rusiya gücümüzü Ermənistandan yayındırmaq, Gürcüstanla bizim aramızda əlavə münaqişə yaratmaq istəyir. Bu, şübhəsiz ki, İranın da xeyrinə olardı”.

Politoloq hesab edir ki, Qərbin bu bölgədə əsas dayağı Azərbaycandır:

“Ermənistana qarşı gücümüzü çoxdan yığmışıq, fürsət yaranan kimi vuracağıq. Bunları bir güman kimi yazırdım, indisə ortada faktlar var.

Yeri gəlmişkən, Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün cəmi 2 milyon dollar ayırıb. Ermənilər də buna görə çox narahat olublar. Araşdırmada güman olunur ki, Tramp bunu Ermənistanı cəzalandırmaq üçün edib, ermənilərin Suriyada ruslara yardım üçün əsgər göndərdiyinə görə…”.

Şərhlər

XƏBƏR LENTİ