SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İranda dəhşətli avtobus qəzası – 13 nəfər həlak olub

İranda dəhşətli avtobus qəzası – 13 nəfər həlak olub

Tarix:

17-07-2019, 15:15

/ 1 224 dəfə oxundu.
İranda dəhşətli avtobus qəzası – 13 nəfər həlak olub

İranın İsfahan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İRNA-nın məlumatına görə, vilayətin valisi Mansur Kamali bildirib ki, mikroavtobusun dərəyə yuvarlandığı qəza nəticəsində 13 nəfər həyatını itirib, doqquz nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım xidməti və helikopterlər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın baş verdiyi Xansar İsfahan vilayətinin mərkəzindən 160 km məsafədə yerləşir.

Şərhlər

XƏBƏR LENTİ