XalqXəbər.Az

Azərbaycanlı sahibkarla oğullarını döydülər - Saxlanılanlar var

yüklənir...
Azərbaycanlı sahibkarla oğullarını döydülər - Saxlanılanlar var
4-07-2019, 18:32
yüklənir...

Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində azərbaycanlı sahibkar Eminəli Musayevin ailə üzvlərini döyən 3 kazak saxlanılıb.

“Znak” portalına istinadən verdiyimiz xəbərə görə, saxlanılan şəxslər arasında Uraldan olan MMA döyüşçüsü Sergey Kalinin də var.

Nəşr yazır ki, insident iyulun 2-də “Sozvezdie” adlı kafedə baş verib. Qılınc, qamçı, bomba və odlu silahlarla silahlanmış kazaklar sahibkarın 24 yaşlı oğlu İlqarın əlini bağlayaraq onu döyüblər.

Zərərçəkmiş şəxsin sözlərinə görə, onun təxminən altı ay öncə Xüsusi Qüvvələrin keçmiş döyüşçüsü İvan Spiridonovla münaqişəsi olub.
Mübahisə zamanı İlqar masadan qalxaraq onu ayağı ilə vurub. Bu, qarşı tərəfin xoşuna gəlməyib. Daha sonra onlar danışaraq sağollaşıblar və o zamandan etibarən görüşməyiblər.

İ. Musayev bildirib ki, o, bir müddət öncə kazaklara qoşulmaq istəyib, lakin tanışları deyiblər ki, o, müsəlman, kazaklar xristian olduqları üçün onların sırasına qoşulmağa imkan verməyəcəklər.

İyulun 1-də kazakların lideri, MMA döyüşçüsü Sergey Kalinin İlqara zəng edərək ondan kazaklara qoşulmaq isyəyib-istəmədiyuini soruşub.

Sergey Kalinin (solda) kazak dostları ilə

“Mən dedim ki, istəmirəm, bu məsələ mənim üçün bağlanıb. O isə öz növbəsində dedi ki, mən guya kazaklarla oyun oynayıram, onların sırasına qoşulmaq istəməklə bağlı fikrimdə ciddi deyiləm”, - deyə Musayev bildirib.

Daha sonra gənc oğlanlar “Sozvezdie” kafesində görüş təyin ediblər. Həmin məkanda Kalinin, qardaşı Rodion və Spiridonov İlqarı döyərək onu qumbara ilə hədələyiblər.

Zərərçəkmişin doğma qardaşı Elfat hadisədən xəbər tutan kimi hücum edən şəxslərə gərginliyi sülh yolu ilə həll etməyi təklif edib. O, iyulun 3-də atası ilə birlikdə kazaklarla barışıq əldə etməyə yollanıb. Lakin görüş yerinə çatanda 5 silahlı şəxsin onları gözlədiklərini görüblər.

Onlar gələr-gəlməz silahlılardan biri Elfata qılıncla zərbə yetirib.

“Daha sonra 15-20 kazak bizi mühasirəyə aldı. Bizi öldürmək məqsədilə güclü döyməyə, yerdə sürüməyə başladılar. Sonra isə atəş açdılar”, - deyə Elfat söyləyib.

Onun sözlərinə görə, polislər insidet yerinə gəlsələr də, hadisə yerini telefonla çəkməyə başlayıblar, lakin heç kimi saxlamayıblar. Bundan sonra zərərçəkmiş ailə ilə rəsmi qurumlardan heç kim maraqlanmayıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.