SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq

Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq

Tarix:

24-03-2017, 09:22

/ 1 381 dəfə oxundu.
Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq

Türkiyənin Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalar siyahısına salınan fiziki və hüquqi şəxslərin gəlirləri, maliyyə vəsaitləri və başqa aktivləri donduracaq.
Anadolu agentliyinə istinadən verdiyimiz məlumata görə, Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurasının № 1718, 1874, 2087, 2094, 2270 və 2321 qətnamələri çərçivəsində və Türkiyə XİN-nin 2017-ci ilin yanvar ayının 9-u tarixli müraciəti əsasında müvafiq qərar qəbul edib.

Xəbərdə deyilir ki, həmçinin BMT Təhlükəsizlik Şurasının sanksiyaları altına düşən şəxslərə Türkiyəyə giriş qadağan olunacaq.

Şərhlər

XƏBƏR LENTİ