SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » AZAL-ın təyyarəsi türklərə şok yaşatdı

AZAL-ın təyyarəsi türklərə şok yaşatdı

Tarix:

12-06-2019, 14:29

/ 1 448 dəfə oxundu.
AZAL-ın təyyarəsi türklərə şok yaşatdı

Sərnişin təyyarələri Türkiyənin Milas-Bodrum hava limanında bir müddət eniş edə bilməyiblər. Bəzi təyyarələr İzmir və Dalamana yönldəndirilib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan avişirkəti olan AZAL-a aid Airbus A340-600 tipli sərnişin təyyarəsinin uçuş zolağından dönə bilmədiyi və geri qayıtmaq üçün kömək istəməsi olub. Təyyarə uzun müddət uçuş zolağını məşğul etdiyi üçün bir müddət havada qalan təyyarələr digər hava yollarına yönləndirilib.

"Azərbaycan Hava Yolları"nı aid təyyarə uçuş zolağını tərk edəndən sonra vəziyyət qaydaya düşüb. Dünyanın ən böyük sərnişin təyyarəsindən daha uzun olan A340-600 tipli təyyarənin bu hava limanına enişi müzakirə mövzusu olub.

Qeyd edək ki, Atatürk Hava Limanına eniş edəndə belə problemlə üzləşən 75 metr uzunluğundakı Airbus 340-600, A380-dən 2 metr daha uzun gövdəyə malikdir.

Şərhlər

XƏBƏR LENTİ