XalqXəbər.Az

Aktrisa kreditə görə sevgilisini atdı - O da intihar etdi

yüklənir...
Aktrisa kreditə görə sevgilisini atdı - O da intihar etdi
13-05-2019, 11:10
yüklənir...

Türkiyənin məşhur aktrisası Yeşim Gülün sevgilisi, aktyor Serdar Peçen intihar edib. Buna səbəb Yeşimin ondan ayrılması olub.

“Sabah” qəzeti yazır ki, hadisə bir neçə gün bundan əvvəl baş verib. Belə ki, Serdar özündən 25 yaş böyük sevgilisi ilə barışmaq üçün onun evinə gedib. Lakin tərəflər arasında mübahisə baş verib. Bundan sonra 28 yaşlı aktyor özünü pəncərədən ataraq həyatına son qoyub. Gəncin ölümü ilə bağlı İstanbul Paş Prokurorluğunda cinayət işi açılıb.

Peçenin qardaşı olaydan sonra mətbuata açıqlama verib: “Qardaşım eşitmə qüsurlu olub, eyni zamanda seriallarda rol alırdı. Onların ayrılığına səbəb qardaşımın Yeşim üçün bankdan kreditə pul götürməsi olub. Lakin o, ödəməkdə çətinlik çəkib, cütlük arasında dava yaranıb, ayrılıblar”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.