XalqXəbər.Az

Rusiyada terror həyəcanı - Ticarət mərkəzləri boşaldılır

yüklənir...
Rusiyada terror həyəcanı - Ticarət mərkəzləri boşaldılır
8-05-2019, 11:18
yüklənir...

Bu gün səhər saatlarından başlayaraq, Rusiyanın Tümen şəhərində yerləşən “Qudvin”, “Pa-Na-Ma”, “Qalereya Voyaj” ticarət mərkəzlərindən, eləcə də “Nobel” biznes mərkəzindən ziyarətçi və əməkdaşlar kütləvi şəkildə təxliyə edilir.

Rusiya mətbuatına istinadən xəbər veririk ki, buna səbəb terror aktının törədiləcəyi ilə bağlı yayılan xəbərdir. Artıq sözügedən ünvanlara xilasedicilər və tibb işçiləri gəlib.

Daxili İşlər Nazirliyinin ərazi üzrə bölməsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Anton Kamornikov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda hər 4 binada yoxlamalar davam edir:

“Sözügedən obyektlərə daxil olan məlumata görə, onların binasında insanların həyatına təhlükə yaradaca biləcək nəzarətsiz əşyalar var. Məsələni araşdırırıq”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.