SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Moskvada azərbaycanlı güllələndi - kartofa görə

Moskvada azərbaycanlı güllələndi - kartofa görə

Tarix:

15-04-2019, 11:50

/ 957 dəfə oxundu.
Moskvada azərbaycanlı güllələndi - kartofa görə

Rusiyanın Moskva vilayətinin Leninski rayonunda azərbaycanlıların iştirakı ilə atışma baş verib.

İnsident nəticəsində 32 yaşlı azərbaycanlı xəstəxanaya gedərkən yolda ölüb. Onu xəstəxanaya başından güllə sıyrığı yarası alan yoldaşı çatdırıb.

Hadisəyə 15 tonluq çürük kartof səbəb olub. Belə ki, tacirlər öz həmvətənlərindən aldıqları kartofun keyfiyyətsiz olduğunu müəyyənləşdirdikdən sonra çürük məhsula görə ödədikləri pulu geri almağa çalışıblar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Qətl törətmək", "İki və ya daha çox insanı öldürməyə cəhd", "Odlu silahın qanunsuz alınması, ötürülməsi, satışı, saxlanması, daşınması" maddələri üzrə cinayət işi açılıb.

Şərhlər

XƏBƏR LENTİ