XalqXəbər.Az

Dərbəndin azərbaycanlı icra başçısı həbs edilib

yüklənir...
Dərbəndin azərbaycanlı icra başçısı həbs edilib
12-04-2019, 00:16
yüklənir...

Moskvanın Basman məhkəməsi Dərbənd rayonunun icra başçısı, azərbaycanlı Məhəmməd Cəlilovun həbsinə sanksiya verib.

RİA Novosti-yə istinadla xəbər veririk ki, həbs olunan şəxs pul yeyintisi ilə bağlı 3 fakt üzrə şübhəli bilinir.

İstintaq məlumatlarına əsasən, Cəlilov 2015-ci ildə vəzifəsindən sui-istifadə edərək “Qafqaz” federal trası ətrafında ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini öz qohumlarına pulsuz verib.

Torpağ sahəsi ümumilikdə 20 milyon rubl dəyərində qiymətləndirilir.

Cinayət işi çərçivəsində Cəlilovun yaşadığı ünvanda və Dərbənd administrasiyasında yoxlamalar keçirilib.

Yoxlamalardan sonra Cəlilov xüsusi reyslə Moskvaya aparılıb.

Qeyd edək ki, Məhəmməd Cəlilov keçən ilin martında da həbs olunub, lakin o zaman onun əməllərində cinayət tərkibi tapılmayıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.