SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Əri azərbaycanlı qadını Rusiyada döyüb öldürdü - QƏTLİN TƏFƏRRÜATI

Əri azərbaycanlı qadını Rusiyada döyüb öldürdü - QƏTLİN TƏFƏRRÜATI

Tarix:

10-04-2019, 12:41

/ 1 067 dəfə oxundu.
Əri azərbaycanlı qadını Rusiyada döyüb öldürdü - QƏTLİN TƏFƏRRÜATI

Rusiyada azərbaycanlı qadın öldürülüb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Rusiyanın Xabarovsk vilayətinin Amursk şəhərində baş verib.

Hadisə nəticəsində Masallı rayonun Xallıcallı kənd sakini, 33 yaşlı İlahə Balavər qızı Quliyeva qətlə yetirilib. Mərhumun yaxınları onun həyat yoldaşı Nazim Mahmud oğlu Quliyev tərəfindən döyülərək qətlə yetirildiyini bildirirlər.
İlahənin atası Balavər Mirzəyev iddia edir ki, qızı ərinin qohumu tərəfindən edilən qızıl oğurluğunu bildiyinə görə öldürülüb. Qohumu ifşa olmasın deyə ər arvadını “aradan götürüb”.

İlahənin anasının sözlərinə görə, axırıncı dəfə mart ayının 26-da qızı ilə telefonla danışıb. Qızı ölümündən bir neçə saat əvvəl döyülmüş vəziyyətdə öz şəklini çəkib və səs yazısı ilə birgə anasına göndərib.

İlahə Quliyevanın cənazəsi aprelin 4-də Rusiyadan gətirilib və Masallıda valideynlərinə təhvil verilib. Mərhumun valideynləri meyitin bəzi nahiyələrində zorakılıq əlamətləri olduğunu bildirirlər.

Həmçinin, onlar yeznələri Nazim Quliyevin gizləndiyini və nəvələri ilə əlaqə saxlamalarına da mane olduğunu deyirlər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ