SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İSTANBULDA 7 RAYONDA SƏSLƏR YENİDƏN SAYILIR – ABŞ və CHP narahatdır

İSTANBULDA 7 RAYONDA SƏSLƏR YENİDƏN SAYILIR – ABŞ və CHP narahatdır

Tarix:

3-04-2019, 11:01

/ 1 118 dəfə oxundu.
İSTANBULDA 7 RAYONDA SƏSLƏR YENİDƏN SAYILIR – ABŞ və CHP narahatdır

Türkiyənin Yüksək Seçki Kurumu(YSK) hakim AKP-nin müraciəti əsasında İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib. Xəbərlərə görə əvvəlcə AKP səslərin yenidən sayılması üçün İstanbul Dairə Seçki Komissiyasına müraciət edib.

Lakin səslərin yenidən sayılmasından narahat olan CHP bunun üçün əsas olmadığını irəli sürərək bu müraciətin təmin edilməməsini, səslərin sayılmasının dayandırılmasını istəyib. Halbuku, qanunda buna icazə verilmir. Ancaq qəribə də olsa, İstanbul Dairə Seçki Komissiyası CHP-nin istəyi ilə 7 rayonda səslərin yenidən sayılması prosesi qanunsuz olaraq yarımçıq dayandırılıb. Məsələyə gecə saatlarında YSK müdaxilə edib və bülleten torbalarının artıq açıldığını nəzərə alaraq səslərin yenidən sayılması qərarını verib.

Xatırladaq ki, YSK-nın açıqladığı və hələlik rəsmi olmayan nəticələrə görə İstanbulda seçkiləri CHP-nin namizədi Ekrem İmamoğlu udub. Hakim partiyanın namizədi Binəli Yıldırım ondan 24 minə yaxın səslə geri qalır. Buna baxmayaraq Yıldırım məğlub olduğunu qəbul etmir və AKP səslərin sayılmasında ciddi pozuntuların olduğunu iddia edərək yenidən sayım tələb edir.

Ortaya sənədlər qoyularaq belə iddia edilir ki, bir çox seçki dairələrində Binəli Yıldırıma verilən səslər ya qəsdən etibarsız yazılıb, ya da Ekrem İmamoğlunun adına yazılıb. Binəli Yıldırıma verilmiş 17 400 səsinin Ekrem İmamoğlu və digər namizədlərin adına yazıldığı göstərən seçki protokollarının şəkiləri də paylaşılb. Bu isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanının yenidən dəyişə biləciyindən xəbər verir.

Bu arada CHP-nin və Ekrem İmamoğlunun da hərəkətləri də səsləriun onların xeyrinə saxtalaşdırılmasına dair şübhələri artırıb. Belə ki, Ekrem İmamoğlunun hələ ı mandatını almamış Atatürkün məzarını ziyarət edərək, anım dəftərində özünü bələdiyyə başqanı kimi təqdim etməsi diqqətləri cəlb edib. Bu CHP-nin və Ekrem İmamoğlunun bir an öncə prosesi yekunlaşdırmaq istədiyindən xəbər verir.

CHP-dən bunu hakimiyyətin hansısa yolla nəticələri öz xeyrinə dəyişməyə çalışmasında şübhələnməsi iləizah edirlər. Maraqlıdır ki, ABŞ Dövlət Departamenti də eyni istəkdədir. Beləki, ABŞ Dövlət Departamenti Türkiyədə tərəfləri “seçkilərin legitim nəticələrini tanımağa” çağırıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino Türkiyədəki seçkilərlə bağlı bildirib: “Xəbərləri izləyirik. Azad və ədalətli seçkilər demokratiyanın mühüm hissəsidir. Bura legitim nəticələrin qəbul edilməsi də daxildir”.

Dövlət Departamentinin rəsmisinin bəyanatı Ankaranın xoşuna gəlməyib. Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy yazılı bəyanatla çıxış edərək deyib ki, heç bir ölkənin “hüquq və demokratiyadan uzaq şəkildə başqa ölkələrdə seçkilərin nəticələrinə müdaxilə etmək və özünü nəticələrin legitim qaynağı olaraq görmək səlahiyyəti yoxdur”.

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ