SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyədə seçki məntəqəsində atışma: 2 nəfər öldü

Türkiyədə seçki məntəqəsində atışma: 2 nəfər öldü

Tarix:

31-03-2019, 13:42

/ 1 024 dəfə oxundu.
Türkiyədə seçki məntəqəsində atışma: 2 nəfər öldü

Türkiyənin Malatya bölgəsinin Pötürge qəsəbəsindəki seçki məntəqəsində silahlı insident baş verib.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, səsvermə zamanı iki qrup arasında dava düşüb. Dava iştirakçılarından birinin açdığı atəş nəticəsində iki nəfər qətlə yetirilib.
Ölənlərin Hasan Aktaş və İlyas Aktaş adlı şəxslər olduğu müəyyən edilib. Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.

Şərhlər

XƏBƏR LENTİ