XalqXəbər.Az

İş adamı başına tük əkdirmək istədi, həyatını itirdi

yüklənir...
İş adamı başına tük əkdirmək istədi, həyatını itirdi
15-03-2019, 12:58
yüklənir...

Hindistanda iş adamı əməliyyatdan sağ çıxmayıb. Başına tük əkdirmək istəyən adam həyatını itirib.

Şravan Kumar Çaudhari özəl klinikalardan birində vəfat edib. Həkimlərin dediyinə görə, pasiyent anafalaktik şok keçirərək ölüb.

Çaudhari əməliyyatı ailəsindən gizlin edirmiş. İş adamı dərhal ölməyib. Halı xarab olan günün ertəsi onun həyatını xilas edə bilməyiblər.

Qaydaya görə, maksimum 3 min saç kökü əkilməlidir. Cərrah uzağı 3700-nə razı olub. Amma Çaudhari daha sıx saç istədiyini bildirib. Beləcə, 9250 saç kökünün pulunu ödəyib. 7 min dollarından keçən iş adamı bununla ölümünə qol çəkib.

Polis araşdırmaya başlayıb. Klinikanın baş həkimi Vikas Halvay bütün prosedurları qaydalara uyğun etdiklərini deyir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.