XalqXəbər.Az

Azərbaycan və ermənilərin iştirakı ilə atışma - Ölən var

yüklənir...
Azərbaycan və ermənilərin iştirakı ilə atışma - Ölən var
11-03-2019, 12:38
yüklənir...

Martın 10-da Rusiyanın Frolovo şəhərində baş verən kütləvi davada insanlara odlu silahdan atəş açılıb. Rus mətbuatına istinadən xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, davaya ilk olaraq 6 Dağıstan vətəndaşı başlayıb. Belə ki, onlar Frolovoda bizneslə məşğul olan erməni-azərbaycanlı ailəsinə məxsus mağazaya daxil olaraq atəş açıblar.

Qarşılıqlı atışma nəticəsində adı açıqlanmayan erməni biznesmen hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan ikisi dağıstanlı, digəri isə sözügedən ailədən olan boksçu B. Parnyadır.

Rusiya İstintaq Komitəsindən olan mənbənin sözlərinə görə, insidenti törədən digər 4 dağıstanlı Volqoqrad şəhərinin Qumrak qəsəbəsində saxlanılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.