SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ ermənistanlı nazirin səfərini LƏĞV ETDİ

ABŞ ermənistanlı nazirin səfərini LƏĞV ETDİ

Tarix:

21-02-2019, 12:42

/ 1 192 dəfə oxundu.
ABŞ ermənistanlı nazirin səfərini LƏĞV ETDİ

Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini ləğv edib.

Bu barədə Ermənistanın “Qraparak” (“Meydan”) qəzeti XİN-dəki mənbəyə istinadən yazır.

Bildirilir ki, Yerevan bu səfərin üzərində çoxdandır işləyirdi və xeyli səy göstərmişdi. Lakin Ermənistanın Suriyaya hərbi missiya göndərməsi bütün işləri korlayıb.

“Mənbə deyir ki, bu məsələdə ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltonun baş nazir Nikol Paşinyanla yanvarın sonlarında baş tutmuş telefon danışığı əsas rol oynayıb. Bolton soruşub ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarı qətidirmi? Və buna müsbət cavab alıb”-qəzet yazır.Bildirilir ki, Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışır. Lakin bütün səylər boşa çıxır. “İstisna deyil ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərin xidmətindən istifadə etsin. Yeri gəlmişkən bizim Vaşinqtondakı səfirimizin də vəziyyəti yaxşı deyil”-mənbə qeyd edib.

Xatırladaq ki, bu günlərdə erməni mənbələri baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ danışıqları üçün ABŞ-da görüşə biləcəklərini iddia etmişdi.

Şərhlər

XƏBƏR LENTİ