SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » 21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

Tarix:

20-02-2019, 13:15

/ 1 155 dəfə oxundu.
21 fevral üçün qorxunc proqnoz: 8 bal gücündə zəlzələ olacaq

Zəlzələ mütəxəssisi Frank Hooqerbets 21 fevralda 7 və 8 bal gücündə şiddətli zəlzələlərin proqnozlaşdırıldığını bildirir.

13 fevralda Mars, Uran, Neptun eyni müstəvidə yer alıb. Bu fakt yerdəki proseslərə də ciddi təsir göstərəcək. Mütəxəssisin sözlərinə görə, 17-21 fevral aralığında, xüsusilə 21 fevralda dünyada episentri 8-ə çatan yeraltı təkanlar qeydə alınacaq. Hooqerbets bildirir ki, proqnozunu Günəş Sistemi Həndəsə İndeksinə əsaslandırır və 3 ildir müşahidələr aparır.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin işçisi Con Bellini məsələ ilə bağlı danışaraq zəlzələlərin əvvəlcədən müəyyənləşdirilməsinin mümkün olmadığını dilə gətirib. O, böyük təkanlardan əvvəl kiçik zəlzələlərin müşahidə edildiyini də vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ