SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Daha bir ölkə Quaydonu prezident kimi tanıdı

Daha bir ölkə Quaydonu prezident kimi tanıdı

Tarix:

15-02-2019, 14:23

/ 1 201 dəfə oxundu.
Daha bir ölkə Quaydonu prezident kimi tanıdı

Sloveniya Venesuelanın müxalifət lideri Xuan Quaidonu müvəqqəti prezidenti kimi tanıyıb.

Bu barədə Sloveniya hökumətinin rəsmi tvitter hesabında bəyanat yayılıb. Nazirlər Kabinetinin yaydığı məlumatda “Sloveniya hökuməti Venesuelada azad, ədalətli və demokratik prezident seçkilərinin keçirilməsi naminə Xuan Quaydonun müvəqqəti prezidentliyini tanıyır”, - sözləri qeyd edilib.

Qeyd edək ki, hazırda Xuan Quaydonu legitim prezident kimi ABŞ, Kanada və Latın Amerika ölkələri tanıyır. Rusiya və Türkiyə Nikolas Maduronu dəstəklədiyini bildirir. Venesuela isə daha əvvəl məlumat yayaraq 61 ölkənin Quaydonu tanıdığını qeyd etmişdi.

Şərhlər

XƏBƏR LENTİ