SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Məmmədovun ölüm xəbəri yayıldı və yalan çıxdı

Fazil Məmmədovun ölüm xəbəri yayıldı və yalan çıxdı

Tarix:

9-02-2019, 15:38

/ 1 096 dəfə oxundu.
Fazil Məmmədovun ölüm xəbəri yayıldı və yalan çıxdı

Sabiq vergilər naziri Fazil Məmmədov vəfat edib.

Musavat.com-a istinadən xəbər veririk ki, o, uzun sürən ağır xəstəlikdən sonra bu gün Gəncədə dünyasını dəyişib.

Xatırladaq ki, F.Məmmədov bir müddət əvvəl Türkiyədə müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı.

Qeyd edək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 2000-ci il fevralın 11-də Heydər Əliyevin fərmanı ilə vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə isə vəzifəsindən azad edilib.

***

Gəncə Beynəlxalq Xəstəxanasından “BakuPost”a məlumat verilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb:

“Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”.

Sayt dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.

Şərhlər

XƏBƏR LENTİ