SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanlı iş adamı güllələnərək ÖLDÜRÜLDÜ - Rusiyada

Azərbaycanlı iş adamı güllələnərək ÖLDÜRÜLDÜ - Rusiyada

Tarix:

2-02-2019, 13:57

/ 1 471 dəfə oxundu.
Azərbaycanlı iş adamı güllələnərək ÖLDÜRÜLDÜ - Rusiyada

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.

Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.

İş adamının cənazəsi ekspertizadan sonra Azərbaycana gətiriləcək.

Şərhlər

XƏBƏR LENTİ