SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Konqres Ağalarovun “Manhetten” layihəsinin izinə düşüb...

Konqres Ağalarovun “Manhetten” layihəsinin izinə düşüb...

Tarix:

18-01-2019, 11:02

/ 1 064 dəfə oxundu.
Konqres Ağalarovun “Manhetten” layihəsinin izinə düşüb...

ABŞ-ın indiki prezidenti Donald Tramp Moskvada “Trump Tower” qülləsi inşa etmək planlarından əvvəl Rusiya paytaxtının hüdudlarından kənarda daha bir inşaat layihəsi ilə bağlı danışıqlar aparıb

Bu haqda nbcnews.com ABŞ Konqresinin nümayəndələrinə istinadən bildirir. Məlumata görə həmin layihə qeyri-rəsmi olaraq “Manhetten” adlanırdı və Trampın bu layihə üzrə partnyoru “Putinə yaxın” azərbaycanlı oliqarx Araz Ağalarov idi.

Konqresmenlərin iki köməkçisi bildirib ki, Ağalarovun layihəsi yenidən Senatın və Nümayəndələr Palatasının təhqiqat qrupunun diqqətini cəlb edib. Bu ona görə baş verib ki, Trampın vəkili Maykl Koen Konqresə onun Rusiyadakı biznes planları barədə yalan məlumat verib.

Ağalarovun amerikalı vəkili Skott Balber oliqarxın Putinə yaxın olduğu haqda deyilənləri rədd edib, amma konkret suallara cavab verməyib.

Məlumata görə biznesmen Trampla Moskva ətrafındakı tikinti layihəsi barədə 2013-cü ildə keçirilən “Dünya gözəli” müsabiqəsi zamanı danışıqlar aparıb. Tikinti Krasnoqorsk rayonunda başlamalı idi. Həmin sahə hələ də boş qalır.
2017-ci ildə Ağalarovun oğlu Emin “Forbes”ə müsahibəsində demişdi ki, onun ailəsi Trampla tikinti layihələrinə dair sənədləri imzalayıb. Amma biznesmen Amerika prezidentliyinə namizədliyini irəli sürməyə qərar verən kimi bu ideyadan imtina edib. Lakin Araz Ağalarov özü sonradan Trampla hər hansı sənəd imzalanmadığını deyib. Bununla belə Ağalarovların ABŞ-dakı nümayəndəsi Ayk Kavaladze Senatın hüquq komitəsinə ifadəsində demişdi ki, Tramp tikinti layihəsi barədə niyyət məktubunu 2014-cü ildə imzlayıb, danışıqlar bir ildən çox davam edib.

virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ