SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İki azərbaycanlı “donuz qripi”nə yoluxdu

İki azərbaycanlı “donuz qripi”nə yoluxdu

Tarix:

16-01-2019, 22:24

/ 1 519 dəfə oxundu.
İki azərbaycanlı “donuz qripi”nə yoluxdu

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna iki yoluxma halı qeydə alınıb.
59 yaşlı kişi qrip simptomları ilə rayon xəstəxanalarından birinə yerləşdirilib

Həkimlərin bildirdiyinə görə, həmin şəxsin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Kişinin A (H1N1) virusuna yoluxması laboratoriya şəraitində təsdiq olunub.

Marneulidə 39 yaşlı qadının da “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və onun da vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi”ndən 17 nəfər ölüb.

Şərhlər

XƏBƏR LENTİ