XalqXəbər.Az

Bütün dünya bu yumurtadan danışır... - 44 milyon “like” gəlib

yüklənir...
Bütün dünya bu yumurtadan danışır... - 44 milyon “like” gəlib
16-01-2019, 13:58
yüklənir...

Dünya gündəmini yumurta şəklinin instaqramda 44 milyon “like” yığması zəbt edib. Sözügedən görüntü ən çox bəyənilən foto olan Kayli Cennerinin rekordunu yeniləyib. Belə ki, instaqramda 123 milyon izləyicisi olan Kaylinin övladı ilə şəklinə 13 milyon “like” gəlib.

Bundan sonra Kaylini geridə qoymaq üçün rəsmi olaraq “world_record_egg” adlı hesab yaradılıb və ilk foto kimi yumurtanın görüntüsü paylaşılıb. Qısa müddətdə 7 milyon izləyicisi olan səhifədə sözügedən fotonu 44 milyon izləyici bəyənib. Bununla da, Kaylinin birincilik taxtı əlindən alınıb.

Sosial şəbəkələrdə isə hər kəs həmin mövzunu müzakirə etməyə başlayıb. Yumurta məsələsinə toxunanlar arasında yerli məşhurlar da olub. Əməkdar artist Röya Ayxan yumurta fonunda hazırlanan şəklini instaqram səhifəsində paylaşaraq yumoristik bir rəy yazıb:

"Madam ki, 1 yumurta 37 milyon (dünənki göstərici) “Like” yığırsa, dünyada olan fotosessiyalar sevgi qazana bilməyibsə... Yumurta qədər hörmətimiz yoxdur. Mən də belə fonda şəkil paylaşmaq qərarına gəldim. Əgər bu şəkil 1 milyon “like” toplamasa, səhifəmi oğluma verəcəm. Onsuz o, rəsmiləşmiş səhifə istəyir. Heç olmasa evdə hörmətli olarıq”.
Bütün dünya bu yumurtadan danışır... - 44 milyon “like” gəlib
Bütün dünya bu yumurtadan danışır... - 44 milyon “like” gəlib
Bütün dünya bu yumurtadan danışır... - 44 milyon “like” gəlib
Bütün dünya bu yumurtadan danışır... - 44 milyon “like” gəlib

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.