SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Donuz qripi Ermənistana da yayıldı

Donuz qripi Ermənistana da yayıldı

Tarix:

8-01-2019, 18:37

/ 1 415 dəfə oxundu.
Donuz qripi Ermənistana da yayıldı

Ermənistanda 10 nəfərdə donuz qripi aşkar edilib.

Məlumatı Ermənistan KİV-i yayıb.

Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan hadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: “Gəlin, buna donuz qripi deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də donuz qripi simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan (donuz qripi) ölənlərin sayı 11-ə çatıb.

Şərhlər

XƏBƏR LENTİ