SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Hindistanda ümummilli tətil başlayıb - 200 milyon insan qoşuldu

Hindistanda ümummilli tətil başlayıb - 200 milyon insan qoşuldu

Tarix:

8-01-2019, 11:32

/ 1 223 dəfə oxundu.
Hindistanda ümummilli tətil başlayıb - 200 milyon insan qoşuldu

Hindistanda 200 milyona yaxın vətəndaş bu gündən etibarən ümummilli tətil elan edib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, tətil iki gün davam edəcək.

Etiraz aksiyasının təşəbbüskarları yerli həmkarlar ittifaqları və sol hərəkat liderləridir. Tətil iştirakçıları minimun əmək haqqı və pensiyaların artırılmasını, sosial zəmanətin gücləndirilməsini, işsizlikdən müdafiəni tələb edirlər.

Ayrı-ayrı hallarda etirazlar polislə toqquşmalarla müşahidə edilir.

Kerala ştatında aksiya iştirakçıları dəmiryolu xətti, magistral yollarda oturaq tətil keçirirlər.

Yerli KİV-in məlumatına görə, etirazlara artıq sənaye, bank, sığorta və nəqliyyat sektorunun əməkdaşları da qoşulublar.

Şərhlər

XƏBƏR LENTİ