SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var

Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var

Tarix:

10-03-2017, 10:46

/ 1 744 dəfə oxundu.
Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var

Cənubi Koreyanın Konstitusiya məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib.

Məhkəmənin qərarı telekanalların birində canlı yayımla elan edilib. Səkkiz hakimin hamısı impiçment leyhinə səs verib.

Beləliklə də, Pak Kın Xe vəzifəsindən gedəcək, 60 gün ərzində isə növbədənkənar seçkilər keçiriləcək.

Xatırladaq ki, prezidentin impiçmentinə səbəb yaxın rəfiqəsini dövlət işlərinə qarışdırması olub. Prezidentin rəfiqəsi isə hazırda həbsdədir.

Canlı yayımda prezidentin impiçmentinin elan edilməsindən dərhal sonra paytaxt Seulda Kın Xenin tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. Prezidentin tərəfdarları jurnalistlərə hücum ediblər. Çoxlu sayda jurnalistin yaralandığı bildirilir.

“Renxap” agentliyi isə iki nəfərin öldüyünü açıqlayıb. 72 yaşlı başından aldığı çoxsaylı zədələrdən sonra dünyasını dəyişib. Onun prezidentin tərəfdarlarından olduğu güman edilir. İkinci ölənlə bağlı isə əlavə məlumat yoxdur.

Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər varPrezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var
Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var

Şərhlər

XƏBƏR LENTİ