SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Emin Ağalarov xüsusi prokurordan qorxmur və ABŞ-a yollanır - "Bütün bunları heç şərh etmək istəmirəm..."

Emin Ağalarov xüsusi prokurordan qorxmur və ABŞ-a yollanır - "Bütün bunları heç şərh etmək istəmirəm..."

Tarix:

24-12-2018, 13:39

/ 2 143 dəfə oxundu.
Emin Ağalarov xüsusi prokurordan qorxmur və ABŞ-a yollanır - "Bütün bunları heç şərh etmək istəmirəm..."

Azərbaycan əsilli rusiyalı musiqiçi və biznesmen Emin Ağalarov adının ABŞ-da xüsusi prokuror Robert Müllerin Rusiya işinə dair istintaqında keçməsinə baxmayaraq bu ölkəyə səfərə hazırlaşır. Virtualaz.org-a istinadən xəbər veririk ki, bu haqda Emin özü TASS-a bildirib.

“Crocus Group” şirkətlər qrupunun birinci vitse-prezidenti E.Ağalarov deyib ki, 2019-cu ilin əvvəlində Nyu-York, Los-Angeles və Mayamidə konsertlər verməyə hazırlaşır.

“2019-cu il yanvarın sonunda bizim konsert turumuz olacaq. Mən çoxdandır Amerikada olmamışam. Konsertlər anşlaqla keçməlidir”-o deyib.

E.Ağalarov qeyd edib ki, onun adının Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi işində keçməsinə dair mətbuatda yazılanlara əhəmiyyət vermir.

“Mətbuatda bu il mənim ünvanıma səslənən ittihamlara gəldikdə isə onları o dərəcədə əsassız və qeyri-real hesab edirəm ki, bütün bu vaxt ərzində heç şərh etmək də istəməmişəm. İndi əminliklə deyə bilərəm ki, mən Amerika seçkilərinə heç bir təsir gösərməmişəm və heç təsir də göstərə bilməzdim”-Ağalarov vurğulayıb.
Dəfələrlə ABŞ mediasında yer aldığı kimi xüsusi prokuror Robert Müller 2016-cı ilin iyulunda Nyu-Yorkdakı “Trump Tower” qülləsində prezidentliyə namizəd Donald Trampın oğlu Donaldla rusiyalı vəkil Natalya Veselnitskaya arasında baş tutmuş görüşü araşdırır. Həmin görüşü Emin Ağalarov özünün britaniyalı prodüseri Rob Qoldsteyn vasitəilə təşkil etmişdi.

Planlaşdırılmışdı ki, rusiyalı vəkil Trampın oğluna Hillari Klinton barəsində kompromatlar verəcək. Kompromatları isə yazışmalara əsasən Emin Ağalarovun atası Araz Ağalarova baş prokuror Yuri Çayka ötürmüşdü. Lakin görüş baş tutanda məlum olub ki, vəkilin əlində kompromatlar yoxdur. Bu görüşə görə Trampın oğlu Senatda saatlarla ifadə verib. Habelə xüsusi prokuror Trampın özünə görüşdən xəbəri olub-olmadığı haqda yazılı sorğu ünvanlayıb.
Bu ilin avqustunda Ağalarovların Amerikadakı vəkili Skott Balber bildirmişdi ki, xüsui prokuror Robert Müller Emin Ağalarovu dindirmək istəyir. “Danışıqlar gedir...Məlum deyil ki, bütün bunlar necə bitəcək. Mənim müştərim məlum səbəbə görə Amerikaya gəlib ifadə vermək istəmir. Xüsusi prokuror isə onunla Rusiyada görüşə bilməz”-vəkil deyib.

Şərhlər

XƏBƏR LENTİ