Türkiyə lirəsi ABŞ dolları qarşısında bir az da güclənib.
Hazırda 1 ABŞ dolları 5.28 lirəyə bərabərdir. Dünən gecə isə bu rəqəm 5.27 idi.
1 avro isə 6.04 lirəyə satılır.
Buna səbəb kimi dolların dünya bazarında zəifləməsi göstərilir.
Ekspertlər qısa müddət ərzində bunun davam edəcəyini gözləyir. Onlar hətta lirənin daha da güclənəcəyini, 1 dolların 5.10 lirəyə bərabər olacağını ehtimal edirlər.