SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tramp yenə müsəlmanlara qadağa qoydu - Əvvəlki qərardan fərqi nədir?

Tramp yenə müsəlmanlara qadağa qoydu - Əvvəlki qərardan fərqi nədir?

Tarix:

7-03-2017, 11:52

/ 1 350 dəfə oxundu.
Tramp yenə müsəlmanlara qadağa qoydu - Əvvəlki qərardan fərqi nədir?

Bir neçə həftə əvvəl Amerikanın 45-ci prezidenti Donald Tramp müsəlmanların Amerikaya səyahətinə qadağa qoyulması ilə bağlı fərman imzalayıb. Lakin Amerika məhkəməsi qadağanı ləğv etmişdi

Tramp məhkəmənin qərarına rəğmən müsəlmanlara qoyulan səyahət qadağası ilə bağlı fərmanını yeniləyib. Qərar İran, Libya, Suriya, Yəmən, Somali və Sudan vətəndaşlarına aiddir.

Ötən gün imzalanan sənəd 10 gün sonra, martın 16-dan qüvvəyə minəcək.

Yeni fərman Amerikada işləyən və yaşama icazəsi olan "Green card" sahiblərinə aid edilmir.

Bu qərarın əvvəlki fərmandan əsas fərqi isə ölkələrin siyahısında İraqın olmamasıdır. Bu isə İraqın terrorla mübarizəsində Pentaqonun israrı ilə bağlıdır.

"Reuters"`in xəbərindən sonra İraqın Xarici İşlər Nazirliyi qərarla bağlı açıqlama yayıb:

"Qərar doğru istiqamətdə atılan addımdır. Bağdad və Vaşinqton arasındakı strateji ortaqlığı gücləndirəcəkdir."

Şərhlər

XƏBƏR LENTİ