yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Kaşıkçı müəmması Səudiyyəyə baha başa gəldi: CEO-lar tədbirə qatılmaqdan imtina etdi

Kaşıkçı müəmması Səudiyyəyə baha başa gəldi: CEO-lar tədbirə qatılmaqdan imtina etdi
15-10-2018, 14:13 880 dəfə baxılıb

Konsulluqda mişarla doğranıldığı deyilən jurnalist Camal Kaşıkçı müəmması hələ açıqlanmasa da, ABŞ-Səudiyyə Ərəbistanı-Türkiyə gərginliyi artmaqda davam edir.

Bu ay Səudiyyənin paytaxtı Ər-Riyadda gerçəkləşdirilməsi planlaşdırılan "Gələcək İnvestisiya Təşəbbüsü Konfransı"na "JPMorgan"ın və "Ford"un CEO-sunun (baş icraçı direktoru) qatılmayacağı açıqlanıb.

"JPMorgan Chase"in CEO-sunun "Bölgənin Davos"u hesab edilən tədbirə qatılmama səbəbi rəsmi olaraq açıqlanmasa da, Kaşıkçı məsələsi ilə bağlı olduğu ehtimal edilir.

ABŞ-la Səudiyyə arasında yaşanan gərginliyin ardından ABŞ-ın xəzinə naziri Stiv Mnuçin də Riyad idarəçiliyinə uyğun cavab verəcəkləri siqnalını vermişdi. Belə ki, öncəki həftələrdə Mnuiçin tədbirə qatılacağını açıqlayan nazir sözçüsü bu həftə isə qatılıb-qatılmayacaqları ilə bağlı götür-qoy edəcəklərini söyləyib.

Konfransa qatılmayanların böyük əksəriyyəti buna səbəb kimi Kaşıkçının İstanbuldakı Səudiyyə konsulluğunda itməsini səbəb göstərirlər.

Onlar arasında nüfuzlu media orqanları da var.Belə ki, "CNN", "Financial Times", "New York Times", "CNBC" və "Bloomberg" tədbirə qatılmayacaqlarını açıqlayıblar.

Qatılmayanlar arasında "UBER"in CEO-su Dara Xosrovşahi, "Viacom"un CEO-su Bob Bakiş və milyarder Stiven Keyz də var.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ