XalqXəbər.Az

Turist 40 min dollarlıq üzük uddu - Mağaza sahibi 11 saatdır gözləyir

yüklənir...
Turist 40 min dollarlıq üzük uddu - Mağaza sahibi 11 saatdır gözləyir
4-10-2018, 19:25
yüklənir...

Türkiyənin Muğla şəhərində maraqlı hadisə yaşanıb.

Türkiyə mediasına istinadən xəbər veririk ki, 54 yaşlı İan Kamppel adlı irland turist müştəri kimi girdiyi qızıl dükanından 2,5 karat brilyant üzüyü oğurlayaraq udub. Oğurluq hadisəsi müşahidə kameraları izləndikdən sonra üzə çıxıb. Xəstəxanada mədəsi və qalın bağırsağı rentgen edilən İanın udduğu üzüyün dəyəri 40 min dollardır.

Mağaza sahibi 11 saatdır brilyant üzüyün təbii yolla çıxması üçün xəstəxanada turistin başının üstündə nəzarət edir.

Həzm və ifraz prosesinin sürətlənməsi üçün Kamppelə müxtəlif dərmanlar verilib. Hər kəsi təəccübləndirən isə turistin olduqca rahat davranış sərgiləməsidir.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.