SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Baş Prokurorluq Lift İdarəsində təftişə başladı - HƏBSLƏR GÖZLƏNİLİR

Baş Prokurorluq Lift İdarəsində təftişə başladı - HƏBSLƏR GÖZLƏNİLİR

Tarix:

4-10-2018, 13:12

/ 1 465 dəfə oxundu.
Baş Prokurorluq Lift İdarəsində təftişə başladı - HƏBSLƏR GÖZLƏNİLİR

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Şəhər Prokurorluğunun və BŞİH-in nümayəndələrindən ibarət qrupda 30 nəfər təmsil olunur.

Həmin komissiya idarədə maliyyə və digər işlərin həyata keçirilməsi üzrə yoxlamalar aparır.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Şərhlər

XƏBƏR LENTİ