SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Atası ilə sevişib oğlundan uşaq doğan, Trampın məşuqəsi olan EKS-PREZİDENT XANIMI - MARAQLI FAKTLAR

Atası ilə sevişib oğlundan uşaq doğan, Trampın məşuqəsi olan EKS-PREZİDENT XANIMI - MARAQLI FAKTLAR

Tarix:

27-09-2018, 17:20

/ 1 855 dəfə oxundu.
Atası ilə sevişib oğlundan uşaq doğan, Trampın məşuqəsi olan EKS-PREZİDENT XANIMI - MARAQLI FAKTLAR

Avropa estetizminin banisi Oskar Uayld qadınları gözəl hesab etmirdi. O, iddia edirdi ki, gözəl qadın yoxdur, sadəcə iblisin yerdəki kölgələri yaxşı bəzənə bilirlər.

Qətiyyən razı deyiləm. Çünki bəzi həmcinslərim yerin, göyün sevgidən coşduğu, kainatın hər tozunun gözəlliyə qarışıb uçuşduğu məqamlarda dünyamıza qonaq gəlir. Onlar doğulanda üzlərinə ilahidən mərhəmət, günəşdən işıq sıçrayır. Karla Bruni kimi...
Bir gerçək də var ki, gözəl qadınların qəddar cazibəsi saysız-hesabsız qəlbi pərişan qoyur, özü boyda atom olub, neçə-neçə xoşbəxt ailəni darmadağın edir. Onlara toxunmaq, qürurla yanına qoşulub gəzmək üçün vəzifəsindən, sosial durumundan asılı olmayaraq bütün kişilər mübarizəyə qoşulur. Karla Bruni kimi...

Publika.az Karla Bruni ilə bağlı yazını təqdim edir:

Səma mavisi Karla sizin də diqqətinizi çəkdi? O zaman gözəllik etalonunu birgə kəşf edək. Kəşf etməklə də qalmayaq, sirrlərini açıb həyat və sənət yolunda birgə addımlayaq. Görək itayan gözəli Fransanı bir-birinə necə qatdı?

1967-ci ilin şaxtalı dekabr günü İtaliyanın Turin şəhərinə Karla adlı günəş doğur - Pianoçu Mariza Borini ilə opera bəstəkarı Albertonun qızı dünyaya gəlir. Alberto həmçinin İtaliyanın nüfuzlu iş adamı idi. O “Pirelli” adlı təkər istehsalı ilə məşğul olan şirkətin yaradıcısı idi. İllər sonra sevimli atası dünyasını dəyişəndə Karla öyrənəcək ki, əsl atası onunla heç vaxt maraqlanmayan Maurisio Remert adlı iş adamıdır.
Karladan başqa ailənin Valeriya adlı qızı da var. Valeriya Bruni hazırda məşhur aktrisa və kinorejissordur. Elə qardaşının da xəmiri incəsənətlə yoğrulub.

Karlanın 5 yaşı olanda ailəsi İtaliyadan Fransaya köçür. Çünki o illərdə İtaliyada terrorçu dəstələr insanları qorxu içərisində saxlayırdı, ən dəhşətlisi isə uşaq oğurluğu ilə məşğul olurdular. Bruni cütlüyü övladlarına görə çox narahat idilər. Yeganə çıxış yolunu doğma torpaqlarından uzaqlaşmaqda görürdülər.

Gözəllərin məskəni Fransa yeni sakininə parlaq gələcək vəd edirdi. Elit təbəqənin övladları üçün nəzərdə tutulan gimnaziyanı bitirəndən sonra Karla güclü musiqi təhsili alır. Ardınca Sorbon Universitetinin incəsənət və memarlıq bölümündə oxuyur, amma təhsilini tamamlamadan uzaqlaşıb, işə başlayır. Hündürboylu, gözəl simalı Karla model olmağa qərar verir. Qısa müddətdə gənc model dəb biznesinin ən çox tələb olunan simasına çevrilir. İlk fotoçəkilişləri isə “Guess” və “Versace” kimi brendlər üçün baş tutur.

Uğur vulkan kimi Karlanın üzərinə püskürməyə başlayır. Artıq Parisdə keçirilən moda nümayişlərini Karla Bruni adlı gənc modelsiz təsəvvür etmək mümkün deyildi. Maraqlısı odur ki, nəinki fransız dizaynerləri, eləcə də İtaliya dəb dünyası Karlanı tapıntı hesab edir, öz ağuşuna almağa can atırdı.

Bruninin gözəlliyindən ilhamlanan tək dəb dizaynerləri yox, eləcə də rejissorlar idi. O, hətta "Paparazzi", "Podium" filmlərində özünü aktisa kimi sınayır.

Karla özünü sənətin hər yönündə sınamaqda qərarlı idi. 1999-cu ildə modellik karyerasını sənət dağının ən yüksək zirvəsində qoyub, müğənniliyə başlayır. Əslində bu çox riskli addım idi. Çünki pərəstişkarları onu müğənni kimi qəbul etməyə bilərdilər. Digər yandan model biznesində ideal bədən formasını qorumaq üçün Karla kifayət qədər əziyyət çəkmişdi. Bir yanlış addım və tarix onu oxunmuş səhifəyə çevirə bilərdi. Amma qadın gücdür, mükəmməllikdir. Demək ki, atdığı addım da özünə layiq olacaq.
Karla Bruni ilk albomuna 6 mahnı əlavə edir. 2003-cü ildə müğənni kimi də fransız xalqının qəlbini fəth edə bilir. O, əsasən blüz, folk və yumşaq rok janrlarında ifa edirdi. Çoxşaxəli istedada malik Karla mahnılarının musiqisini də özü bəstələyirdi. Günbəgün məşhurlaşan sabiq model 2004-cü ildə Fransanın ən nüfuzlu “Viktuar” musiqi müsabiqəsində ilin ən yaşlı qadın müğənnisi seçilir.

Yəqin ki, bu yazını yalnız Karlanın uğurlu karyera hekayəsinin tarixindən agah olmaq üçün oxumursunuz. Keçək mavi gözlü gözəlin şəxsi həyatına...

Müsahibələrinin birində Bruni demişdi ki, mono münasibətlər ona çox darıxdırıcı gəlir, və ömrünü bir kişi ilə çürüdə bilməz. Ehtiraslı modelin yatağından kimlər keçməyib ki?! Mik Cagger, Erik Kepton, Kevin Kostner, Vensan Peres...Hətta Amerikanın hazırkı prezidenti Donald Trampla da eşq macərası yaşayıb. Demək ki, Trampın gözəl zövqü varmış. Melaniya Trampla Karlanın zahiri bənzərliyini də dana bilmərik.
Davam edək...2000-ci ildən etibarən Karla məşhur fransız yazıçısı Jan-Pol Entovenlə birgə yaşayırdı. 2001-ci ildə o övlad dünyaya gətirir. Amma Jan-Polun özündən yox 23 yaşlı oğlu Rafaeldən... Atanı oğula dəyişən Karla 2007-ci ilədək övladı Orelyeni və özündən 10 yaş gənc sevgilisini böyüdür. Sonda 1 oğulla kifayətlənəcəyini düşünüb, Rafaeli yarı yolda qoyur.

Elə həmin il Fransa prezidenti Nikolya Sarkozi ikinci xanımından rəsmi boşanır. Kütləvi informasiya vasitələri prezidentin ecazkar xanımla eşq yaşadığını yazmağa başlayır. 2008-ci ildə Nikolya ilə Karla Yelisey Sarayında evlənirlər. Bu nikahla Sarkozi vəzifə başındaykən evlənən prezident kimi ilkə imza atır.

Artıq dünya mediasının diqqəti prezident ailəsinin üzərində idi. Qəzetlər, jurnallar modelin çılpaq şəkillərini paylaşır, bu əxlaqsız birinci ledi ola biləcəkmi? deyə başlıqlar yazırdılar. Karla müsahibələrində həmin illəri xatırlayarkən çox üzüldüyünü bildirir: Mən onda gördüm ki, insan hiddəti, kini sərhədsizdir. Axı siz başqasına necə ləkə yaxa bilirsiniz?

2012-ci ildə Sarkozi ailəsində qız övladı doğulur. Karla hamilə olarkən də az təzyiqə məruz qalmır. Nə gözəlliyi, nə də prezident ərinin nüfuzu onu tənələrdən qurtara bilir.

O, həmin zamanı belə xatırlayır:

Hamilə olduğum dövrdə də insanlar məndən əl çəkmir, nifrətlərini üzümə qusurdular. Hətta piyli gombul olduğumu bildirirdilər. Çəkim artıb 80 kq olmuşdu. Etiraf edirəm, enli çiyinlərim artıq çəkim məni bədheybətə çevirmişdi. Amma insanlar anlamaq istəmirdilər ki, mən bətnimdə günahsız körpə daşıyıram. Qızım dünyaya gələndən sonra da acı günlərim bitmədi. Perzident seçkilərinə hazırlıq dövrü idi. Gecələr bəzən iki saat qızımı ana südü ilə bəsləyirdim. Səhər açılan kimi isə eleqant donlar geyinib Nikolyanı rəsmi görüşlərdə müşayiət edirdim. Ölüm ayağında idim. İnsanlar yenə susmurdu. “Yanında gəzdirdiyi inəyə baxın” deyə məni təhqir edirdilər. Əslində onlar bir-birinə zidd iki obrazın ittifaqını həzm edə bilmirdilər. Görürsünüzmü, siyasət, hakimiyyət çox haqsız oyundur.

Lakin qəhrəmanımız Karladırsa, o, bu çətinliyi də əzib keçəcək. Qısa müddətdə eks-model ideal çəkisinə geri dönür. Hətta bəzən moda nümayişlərində model kimi iştirak etməyə başlayır, musiqi karyerasına da davam edir.

Bruni dəfələrlə etiraf edib ki, Fransanın birinci ledisi olmaq böyük qürurdur, lakin siyasətə qarışmaq, ictimai xadim olmaq fikrində deyil. “Mən Yelisey sarayındakı kabinetimə poçt qutumu yoxlamaq üçün gedirdim”.

Buna baxmayaraq birinci ledi xeyriyyə fondunun əsasını qoymuşdu. Karlaya görə, hakimiyyət insanı bəzən çarəsiz, bəzən də çox həssas edir.

Sarkozi seçkilərdə məğlub olanda da diqqətlər Karlanın üzərində cəmləndi. İnsanlar haqsız da deyildilər. Çünki Karla həmin dövrədək yalnız uğurlu kişilərin həyatını bəzəmişdi. Lakin bir şeyi unudurdular qadın sevdisə bütün çətinliklərə sinə gərəcək. Bugün Sarkozi ailəsi Karlanın hələ modellik dövründə Parisdə aldığı evdə yaşayır. Karlanın böyük oğlu Orelyen və qızları Culiya birgə böyüyürlər.

Nikolya Sarkozi Universitetdə mühazirələr oxuyur. Karla isə musiqi karyerasına davam edir.

"Nikolya prezidentlik vəzifəsindən uzaqlaşandan bəri çox xoşbəxtik. Artıq heç kim məni pulgirlikdə günahlandırmır, ərimlə gəzərkən şalvarımın qırışlarını da müzakirə edə bilmirlər. Ən əsası bilirsiniz nəyi anladım? Monomünasibət, eyni kişi ilə birgə yatıb, oyanmaq heç də darıxdırıcı deyilmiş. Nə olsun ki, ərim artıq Fransanın birinci kişisi deyil. Mənim gözümdə o hamıdan yüksəkdə durur", - deyə Karla bildirir.

Aktrisa, müğənni Karla Bruni bu günədək xeyriyyəçiliklə məşğuldur. Qocalmaqdan çox qorxan mavi gözlü gözəl, simasında dəfələrlə uğursuz plastik proseduralar gerçəkləşdirib. Bu isə onu tanınmaz hala salıb. Demək ki, gözəlləri mükkəmməl yaradan təbiət, verdiklərini damla-damla əlindən ala bilir.

"Nəinki 40, hətta 100 yaşında ola bilərəm. 5 yaşımda da yüksək düşüncə qabiliyyətinə malik olmuşam. Yaxud elə bu gün istənilən uşaq çılğınlıqlarına hazıram", -deyir qəhrəmanımız.

Çünki o Karladır. Qəlbində dəcəl körpə və müdrik qadın bəsləyən Karla Bruni!

Şərhlər

XƏBƏR LENTİ