SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Kralın bu səfəri dünyanın gündəmində - 1500 heyət, 2 limuzin, 2 lift...

Kralın bu səfəri dünyanın gündəmində - 1500 heyət, 2 limuzin, 2 lift...

Tarix:

3-03-2017, 12:09

/ 1 447 dəfə oxundu.
Kralın bu səfəri dünyanın gündəmində - 1500 heyət, 2 limuzin, 2 lift...

Uzaq Şərq ölkələrində səfərdə olan Səudiyyə Ərəbistan kralı Salman dünya mediasının diqqət mərkəzindədir.

Xarici KİV-ə istinadən xəbər veririk ki, kral özü ilə birgə səfərə 25 yüksək vəzifəli şahzadə, 10 nazir və 100 təhlükəsizlik əməkdaşı, ümumilikdə isə 1500 nəfər aparıb.

Bundan başqa, səfərə iki limuzin və kralın iki özəl liftinin də daxil olduğu 460 tonluq avadanlıq apardığı məlum olub. Baqajın daşınması üçün 572 nəfər səfərbər olub.

Kralın 47 il sonra səfər etdiyi İndoneziyada Bogor sarayındakı çılpaq heykəllərin isə üstü əvvəlcədən örtülüb.

Dünya mediasının paylaşdığı, mühafizəçilərin kral Salmanla İndoneziya lideri Joko Vidodonu yağışdan qorumaq üçün çətirlər tutmasını əks etdirən görüntülər böyük marağa səbəb olub. Digər foto isə kral üçün özəl tualetin tikildiyi İstiqlal məscidində çəkilib. Həmin fotoda kralın namaz qılması və məscidin arxasında baryerlərlə bağlanan hissəsindən insanların kralı izləməsi əks olunub.

Kral Salmanın növbəti səfəri isə Bruney, Yaponiya, Çin və Maldivlər olacaq.

Kralın bu səfəri dünyanın gündəmində - 1500 heyət, 2 limuzin, 2 lift...
Kralın bu səfəri dünyanın gündəmində - 1500 heyət, 2 limuzin, 2 lift...
Kralın bu səfəri dünyanın gündəmində - 1500 heyət, 2 limuzin, 2 lift...

Şərhlər

XƏBƏR LENTİ