XalqXəbər.Az

Rusiya separatçını Azərbaycana təhvil verir - Fəxrəddin Abbaszadə Moskvada həbs edildi

yüklənir...
Rusiya separatçını Azərbaycana təhvil verir - Fəxrəddin Abbaszadə Moskvada həbs edildi
10-09-2018, 16:25
yüklənir...

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, "Talış Milli Hərəkatı" adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

Rusiya KİV-nə istinadən xəbər veririk ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb.

Sentyabrın 7-də isə Moskva vilayəti Luberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Xatırladaq ki, Fəxrəddin Abbaszadə ermənilərələ məxsus mətbuat orqanlarında Azərbaycana qarşı separatçı çıxışlar edib. Onun Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.

Fəxrəddin Abbaszadə (özünü Abboszadə adlandırır) 1993-cü ildə qondarma "Talış-Muğan Respublikası parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.

Modern.azскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.