SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Avropa şokda: 380 min müştərinin bank kartı məlumatları oğurlandı

Avropa şokda: 380 min müştərinin bank kartı məlumatları oğurlandı

Tarix:

7-09-2018, 15:14

/ 1 359 dəfə oxundu.
Avropa şokda: 380 min müştərinin bank kartı məlumatları oğurlandı

ngilis havayolu şirkəti olan “British Airways”in (BA) sisteminə girən xakerlər 380 min sərnişinin bank kartı məlumatlarını ələ keçirib. Bu barədə havayolu şirkəti məlumat yayıb. Məlumatda deyilir ki, bu ilin 21 avqust-5 sentyabr tarixləri aralarında internet vasitəsi ilə bilet alan 380 min sərnişinin bank kartı məlumatları xakerlər tərəfindən oğurlanıb.

Şirkətin açıqlamasında qeyd edilir ki, sistemdə təhlükəsizliyin yetərli olmamasından istifadə edən xakerlər bank kartı məlumatlarını ələ keçiriblər.

“Sərnişinlərin səyahətləri ilə bağlı detallar və ya posport bilgiləri ələ keçirilməyib. Sərnişinlərdən xahiş edirik, kartlarının aid olduğu banklara müraciət edərək bu barədə məlumat versinlər” deyə şirkətdən verilən açıqlamada vurğulanır.

Məlumat üçün qeyd edək ki, keçən il də “BA”nın kompüter sistemi çökmüş, 75 min sərnişinin səyahəti gerçəkləşə bilməmişdi.

Şərhlər

XƏBƏR LENTİ