SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan ABŞ-a XƏBƏRDARLIQ ETDİ

Ərdoğan ABŞ-a XƏBƏRDARLIQ ETDİ

Tarix:

31-08-2018, 14:26

/ 1 498 dəfə oxundu.
Ərdoğan ABŞ-a XƏBƏRDARLIQ ETDİ

"Biz ABŞ-la imzalanan müqaviləyə uyğun olaraq, 900 milyon dollar ödəmişik. "F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsi lazımdır”.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, dünya artıq tək bir ölkədən ibarət deyil: "Əgər ABŞ qırıcıları Türkiyəyə təhvil verməsə, başqa ölkədən alacağıq. Yaxud qırıcıları özümüz istehsal edə bilərik”.

R.T.Ərdoğan terrorçuluqla mübarizə məsələsində ölkəsindən nə tələb olunduğunu da açıqlayıb: "Bütün terror təşkilatları ölkəmizi soyub talasın, lakin biz əlimiz-qolumuz bağlı şəkildə oturaqmı?! Terrorla mübarizədə hər kəsə imkan verilir, ancaq məsələ Türkiyəyə gələndə birdən-birə işin mahiyyəti dəyişir. Biz Suriyadan həyata keçirilən hücumlar qarşısında təkbaşına buraxılmış ölkəyik. Hava hücumundan müdafiə sistemləri bizə verilmədi. Hətta Türkiyəyə satmadıqları silahları təmənnasız şəkildə terror qruplaşmalarına verdilər. Biz alternativ axtaranda isə dərhal qarşımızı kəsib deyirlər ki, bunu edə bilməsiniz. Bizim belə yanaşmaları qəbul etməyimiz mümkün deyil. Türkiyənin Rusiya istehsalı olan "S-400” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bununla bağlı müqavilə bağlamışıq və qısa zamanda onları alacağıq. Türkiyənin layihə ortağı olduğu "F-35”lərə də, eləcə də özümüzün istehsal etdiyimiz təyyarələrə də ehtiyacı var. Bunu bizə verərlər, verməzlər bilmirəm. Amma "F-35”lərin Türkiyəyə veriləcəyi təqdirdə anlaşmaya əməl etdiklərini təsdiqləmiş olarlar”.

Şərhlər

XƏBƏR LENTİ