SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanlı mafiya lideri Ənbər Sadıxov İstanbulda yaxalandı

Azərbaycanlı mafiya lideri Ənbər Sadıxov İstanbulda yaxalandı

Tarix:

30-08-2018, 11:30

/ 1 777 dəfə oxundu.
Azərbaycanlı mafiya lideri Ənbər Sadıxov İstanbulda yaxalandı

İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan azərbaycanlı “mafiya lideri” Ənbər Sadıxov (pasportunda Anbar Sadlkhov) ötən gün axşam İstanbulda yaxalanıb.Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməliyyatçıları Fatihdəki otellərdən birində əməliyyat keçirib.

Otelə basqın zamanı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil qruplaşma lideri olmaqda, dələduzluq və digər cinayətlərdə ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilən Sadıxov tutulub. O, İstanbul Əmniyyət Müdirliyinə aparılaraq dindirilib. Sadıxovun Azərbaycana ekstradisiyası üçün proseduran başladılacağı bildirilir.

Yaxalanan şəxsin ötən il Maltepe həbsxanasından Erzurum həbsxanasına etap edilərkən yolda qaçdığı da üzə çıxıb. O, Türkiyədə soyğunçuluq cinayətinə görə həbs edilibmiş.

Şərhlər

XƏBƏR LENTİ