SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » McDonald's-da salatlardan kütləvi zəhərlənmə - 507 nəfər

McDonald's-da salatlardan kütləvi zəhərlənmə - 507 nəfər

Tarix:

24-08-2018, 12:06

/ 1 500 dəfə oxundu.
McDonald's-da salatlardan kütləvi zəhərlənmə - 507 nəfər

ABŞ-ın 15 ştatında məşhur McDonald's restoranlar şəbəkəsinndə insanların “Tsiklosporoz” ilə zəhərlənmə hadisələri qeydə alınıb

ABŞ-ın Qida və Dərmanlara Nəzarət İdarəsi 507 təsdiq olunmuş salatla zəhərlənmə halları qeydə alıb.
Zərərçəkmişlərin əsasən kök və roman salatlarından zəhərləndikləri qeyd edilir.

“23 avqust 2018-ci il tarixinə McDonald's restoranlarında salat istehlak edən şəxslərin ən azı 507 laborator təsdiq olunmuş “Tsiklosporoz” ilə zəhlənmə faktı qeydə alınıb. Zəhərlənmələr barədə 15 ştat və New-York şəhərindən xəbər verilib. İstintaq davam edir və ABŞ Qida və Dərman Nəzarəti İdarəsi roman və kök salatlarının tədarükçüsü və çatdırılma metodları haqqında məlumatları yoxlayır” – idarənin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, “Tsiklosporoz” - Cyclospora cayetanensis parazitinin yayıldığı mədə-bağırsaq xəstəliyidir. Simptomlar arasında diareya, həzm, ürəkbulanma kimi hallar müşahidə olunur.

Xatırladaq ki, McDonald's restoranlarında bu xəstəliklə zəhərlənmə hadisələri ilk belə hal deyil. Belə ki, iyul ayında aparılmış yoxlamalar zamanı yenə bu diaqnozla 105 təsdiq olunmuş zəhərlənmə faktı qeydə alınıb. Bu hadisədən sonra McDonald'sın 3 min restoranı salatların satışını dayandırıb.

Şərhlər

XƏBƏR LENTİ