yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Türkiyədə “McDonalds”lar bağlana bilər

Türkiyədə “McDonalds”lar bağlana bilər
18-08-2018, 12:08 403 dəfə baxılıb

AKP-nin 883 bələdiyyə və 39 məclis rəhbərliyinə ABŞ məhsullarının boykotu ilə bağlı məktub göndərib

Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq edəndən sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkəsi ABŞ-ın elektron mallarını boykot edəcək. “ABŞ-da iPhone varsa, o biri tərəfdə də Samsung var” deyə, prezident bildirib.

Türkiyə ABŞ keşişini həbsxanadan buraxmağa imtina etdikdən sonra, ABŞ ötən həftə Türkiyənin polad və alüminium məhsullarına gömrük rüsumunu ikiqat artırıb. Bu olaylardan sonra Türkiyədə bir çox Amerika şirkətləri və onların istehsal etdiyi məhsulların boykotuna başlanıb.

AKP yerli idarəetmələrdən məsul rəhbər yardımçısı Erol Kaya partiyanın 883 bələdiyyə və 39 məclis rəhbərliyinə məktub göndərib. Məktubda bildirilir ki, xarici valyuta ilə iş görməsindlər, israfdan yayınsınlar və ABŞ malları yerinə yerli mallardan istifadə etsinlər. Məktub bu cümlələrlə davam edir: “Elektron cihazlar, cib telefonları, kompüter və digər texnoloji cihazlarda yerli istehsal və ya yerli marka tərcihinə diqqət edilməli və xarici ölkə məhsulu seçiləndə, başda Amerika olmaq üzrə ölkəmizə siyasi və iqtisadi təhdid tətbiq etməyə çalışan ölkələrin məhsulları xaricindəkilər seçilməlidir. Əgər xarici məhsul seçimi zəruridirsə, bu halda Amerika məhsullarından qaçmaq lazımdır”.
17 avqust tarixindən etibarən bir çox elektrik mallar satan mağazalar iPhone telefonlarının satışını dayandırıb. Bunlardan biri də BİM şəbəkəsidir. Onlar 17 avqustdan etibarən “iPhone 6" telefonlarını aktual məhsullar kataloqundan çıxarıblar.

Pərakəndə satış şəbəkəsi müştərilərin mağazada asılı qalan xəbərdarlığı görməsinə görə oraya çıxan durumu açıqlayan bu yazını yayımlayıb: “Hörmətli müştərilərimiz, 17.08.2018 tarixində afişamızda yer alan telefon ”iPhone 6" məhsulumuzun satışı dayandırılıb. Anlayışınız üçün təşəkkür edirik".

Ankaranın Keçiören bələdiyyəsi də Türkiyəyə qarşı başlanan iqtisadi müharibəyə soyuq qalmayıb, yenə bir ilkə imza atıb. Bələdiyyə məclisi ABŞ mənşəli firmalara bu gündən etibarən fəaliyyət icazəsi verilməməsinə qərar verib.

Bundan başqa, türk lirəsi üzərindən başladılan iqtisadi hücuma qarşı bələdiyyə tərəfindən bütün bölgəyə üzərində “milli paramız, milli davamız” lövhələr asılıb, vətəndaşlara xarici pullarını xırdalayıb, türk lirəsinə sahib çıxma çağırışı edilib.

Sözügedən çağırışda “McDonalds”, “BigMac” və “Coinler” firmasının adı çəkilib. Bundan sonra sözügedən firmalara fəaliyyət izni verilməsi məsələsi sual altında olacaq.

Bu arada ABŞ hökumət işçilərinin “Huawei” və “ZTE” markalı məhsullardan istifadəsi qadağan edilib. Artıq heç bir hökumət işçisi, dövlət qurumları ilə işbirliyində olan şəxs Huawei ve ZTE markalı məhsullardan istifadə etməyəcək. Çinli texnologiya divlərinə yönəlmiş bu qadağa ABŞ və Çin arasındakı ticarət müharibəsi ilə birbaşa əlaqəlidir.

“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ