SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Melaniya Tramp boşanmağa hazırlaşır — İDDİA

Melaniya Tramp boşanmağa hazırlaşır — İDDİA

Tarix:

14-08-2018, 16:17

/ 1 565 dəfə oxundu.
Melaniya Tramp boşanmağa hazırlaşır — İDDİA

ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Nyumen Ağ Evdə keçirdiyi günlərə aid kitab yazıb.
Omarosa Melaniyanın boşanmaq üçün gün saydığını, ərini cəzalandırmaq üçün passiv aqressiv ruh halını biruzə verən geyimlər seçdiyini iddia edib.

Nyumenin kitabı “Unhinged” adlanır və bu gün ABŞ-da satışa çıxacaq. Melaniyanın ərini utandırmaq üçün qəsdən fərqli geyimlər geyindiyini iddia edilir. Yazıçı qeyd edir ki, Melaniyanın üslubu ərini cəzalandırmaq üçün nəzərdə tutulub.
İddiaya görə, Tramp səhvlərini düzəltmək üçün arvadını məcburən miqrantların qaldığı mərkəzə aparıb. Melaniya isə üstündə “Həqiqətən də vecimə deyil” yazısı olan bir pencək geyinib.

Omarosa qeyd edir ki, Melaniya-Donald evliliyi uçurumun kənarındadır. Melaniya boşanmaq üçün ərinin prezident səlahiyyətinin bitməsini gözləyir.

Şərhlər

XƏBƏR LENTİ