SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İranda “Instagram”a görə kütləvi həbslər başlayıb

İranda “Instagram”a görə kütləvi həbslər başlayıb

Tarix:

18-07-2018, 12:05

/ 1 651 dəfə oxundu.
İranda “Instagram”a görə kütləvi həbslər başlayıb

İranın Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyat nəticəsində “Instagram”da “uyğun olmayan” paylaşımlarına görə 46 nəfər saxlanılıb.

Saxlanılanlardan altısı qadındır.

Tutulanların fotoqraf, gözəllik salonları və restoran işçiləri olduğu məlum olub.

Polis İdarəsinin sözçüsü bildirib ki, onlar “mədəniyyətə zərər vermək məqsədilə” paylaşımlar ediblər.

Qeyd edək ki, İranda 2009-cu ildən etibarən “Facebook” və “Twitter” yasaqlansa da, İranın ali dini lideri Ayətullah Xameneyinin rəsmi “Twitter” hesabı var.

Şərhlər

XƏBƏR LENTİ