yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

AST Telmanın keçmiş işçiləri “Mardan Palace”ı qarət etdilər

AST Telmanın keçmiş işçiləri “Mardan Palace”ı qarət etdilər
13-07-2018, 16:06 309 dəfə baxılıb

Azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelinin keçmiş işçiləri tərəfindən qarət olunduğu məlum olub.

Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Antalyada yerləşən, 1,4 milyard dollara başa gələn otel borca görə müsadirə edildikdən sonra baxımsız hala düşüb. Məlum olub ki, uzun müddət maaş ala bilməyən işçilər oteldəki plazma TV-ləri və bir çox elektrik əşyalarını oğurlayıblar.

“Mardan Palace”ı almaq istəyən namizədlər isə otelin təmir xərclərinə dair hesabat hazırlayıblar. Texniki hesabatda ümumi təmir xərcinin 5 milyon avroya çatdığı, kompleksin borc miqdarının isə 115 milyon avro olduğu qeyd edilib.

Xatırladaq ki, AST Telman müflis olduqdan sonra istirahət kompleksi müsadirə olunaraq banka verilib. İstifadəsi dayandırılan otelin yaşıllıq sahələri baxımsızlıqdan məhv olub, Misirdən xüsusi olaraq gətirilən 9 min tonluq qızılı qum isə yoxa çıxıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ