SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İrəvan qalmaqalı, çeçenlərin təhqiri... – Kriminal savaş

İrəvan qalmaqalı, çeçenlərin təhqiri... – Kriminal savaş

Tarix:

28-02-2017, 09:23

/ 1 766 dəfə oxundu.
İrəvan qalmaqalı, çeçenlərin təhqiri... – Kriminal savaş

Qanuni oğrularla Qafqaz diasporunun nümayəndələri arasındakı münaqişənin həlli üçün gedən proseslərə yaxın vaxtlarda Çeçenistanda yaşayan nüfuzlu qanuni oğru Əziz Batukayev də qoşula bilər.

Sözügedən qarşıdurma “kriminal aləmin generalı” Ruslan Gegeçkori (Şlyapa) və adamlarının Çeçenistan və Dağıstan əsilli səkkiz şəxsi həbsxana məscidindən çıxarkən döyməsi ilə başlayıb. Bu böyük qarşıdurmanı yalnız Şlyapanın ictimai üzr istəməsi ilə sonlandırmaq olar.

“Rosbalt” hadisəni təkrar yada salaraq yazıb ki, Ruslan Gegeçkori bura gəldikdən sonra onunla Çeçenistan və Dağıstandan olan şəxslər arasında konflikt yaranıb. Söhbət əsnasında onun çeçen xalqının ünvanına qeyri-etik sözlər işlətməsi böyük bir davaya gətirib çıxarıb. Bu davadan sonra qafqazlılar məscidə namaz qılmağa gedib. Çox keçməyib ki, Ruslan öz ətrafına çoxsaylı məhbus yığaraq bura gəlib. Onlar qafqazlıları çox ağır döyüblər, məscidi də dağıdıblar.

Xəbər mediaya ayaq açandan sonra Dağıstan və Çeçenistandan olan avtoritetlər bu məsələni belə qoymayacaqları haqda söz veriblər.

Onlar məsələni təkcə Ruslanla deyil, həm də onun məşhur avtoritet olan atası Roland Gegeçkori (Roland Şlyapa) ilə həll edəcəklərini açıqlayıblar.

Ruslan vəziyyəti yoluna qoymaq üçün cəhd edib. O, söz verib ki, daha koloniyada Çeçenistan və Dağıstandan olan şəxslərə heç kim toxunmayacaq və onlar istədikləri kimi rahat öz dinlərinə ibadət edəcəklər. Lakin bu açıqlama aranı düzəltmək əvəzinə, daha da qızışdırıb.

Verilən məlumata görə, məsələyə Cəzaların İcrası Federal Xidməti müdaxilə etmək istəyir. Belə ki, sözügedən qurum Ruslanı başqa cəza məntəqəsinə göndərmək niyyətindədir.

Hazırda Ruslanın tərəfində olan şəxslər qarşıdurmanı yumşaltmaq, həll etmək üçün güclü və hörmətli birini axtarır.

Əvvəlcə onlar Əhməd Şalinskiyə müraciət edib. O isə birmənalı şəkildə kömək etməkdən boyun qaçırıb. İndi Ruslanın tərəfdarlarının ümidi beynəlxalq axtarışda olan, hazırda Çeçenistanda yaşayan Əziz Batukayevədir.

Yeri gəlmişkən, bu konflikt Roland Gegeçkorinin kriminal klanının əsas simaları olan Gela Kardava və Merab Mzarelua üçün heç yerinə düşməyib. Onlar onsuz da indi çox çətin vəziyyətdədirlər.

İrəvanda qanuni oğruların sonuncu görüşü zamanı Roland Gegeçkorinin Badri Koquşvilinin qanuni oğru ləqəbinin əlindən alınması ilə bağlı imzaladığı sənədə görə yığıncaqda iştirak edən bütün iştirakçılara ciddi xəbərdarlıq olunub. Üzvlərin həmrəyliyi ilə Badri yenidən ailə üzvlüyünə qəbul edilib. O gündən Gela, Roland Şlyapa və Duyake qanuni oğrularla görüşməkdən qaçır.

Şərhlər

XƏBƏR LENTİ